Məcburi köçkün Prezidentə “SAĞ OL” dedi: “Korluq çəkmirik, çünki arxamızda Siz...”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Əslən Laçından olan və hazırda Bakıda yaşayan məcburi köçkün Sənani İsgəndərov məktubunda bildirir:

Hörmətli cənab Prezident,  Siz bizləri - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar.
Ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir, lakin heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb.
İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcəkdir”.


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu