Sakindən liderə DƏSTƏK:“Hər bir vətəndaşın sağlamlığını düşünürsünüz” - Həmrəyik !

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Mingəçevir sakini Nurcamal Əsgərova Prezidentə minnətdarlığını belə izah edir:

Çox hörmətli Prezident,  ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq bizi qürurlandırır. Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz. Sizin göstərişlərinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının təmin olunmasına xidmət edir. Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik.
Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun. Biz hər zaman Sizinləyik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu