“Dövlət hər zaman öz vətəndaşının yanındadır”- Deputat

“Bütün imkanlarını səfərbər edərək vətəndaşların sosial rifahına olan mənfi təsirlərin azalmasına yönəldir”



Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb.  600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

Millət vəkili Azər Badamov “Sherg. az”a məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirləri müsbət qiymətləndirdiyini deyib:
 “Dövlət hər zaman öz vətəndaşının yanındadır. Bütün imkanlarını səfərbər edərək vətəndaşların sosial rifahına olan mənfi təsirlərin azalmasına yönəldir. Bu tədbirlər karantin müddəti bitənədək davam etdiriləcək. Dövlət dəstəyi proqramlarının yerində və vaxtında tətbiqini yüksək dəyərləndirirəm. Görülən tədbirlər sırasında vətəndaşlarımızın iş yerlərinin və əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə yardımın nəzərdə tutulması, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi  və digər sosial xidmətlərin hamısı təqdirəlayiqdir”.

Pandemiyanın iqtisadiyyatımıza təsirlərinin qaçılmaz olduğunu vurğulayan A.Badamov qeyd edib ki, Prezident ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına mənfi təsirlərini minimuma endirilməsi üçün hökumətə tədbirlər planının hazırlanmasına tapşırıq verdi. Hökumət müvafiq tapşırıqa əsasən 4 işçi qrupu yaratdı və bu işçi qrupları pandemiyanın hansı sahələrə bilavasitə təsirləri çoxdursa müəyyən edərək 3 istiqamət müəyyənləşdirdi: 

“Bu istiqamətlər iqtisadi fəallığının qorunub saxlanmasına, məşgulluq və sosial rifahına və makroiqtisadi sabitliyin qorunub saxlanmasına dövlət dəstəyinin göstərilməsindən ibarət oldu.  Ölkə əhalisini ən çox narahat edən istiqamət məşğulluq və sosial rifah idi. Çünki bu istiqamət əhalinin sosial rifahına  bir başa təsir göstərir. Düşünürəm ki, əhalinin aztəminatlı təbəqəsinə göstəriləcək dövlət dəstəyi xüsusi karantin rejimində evdə qalmağına məcbur olmuş insanlara müvəqqəti çətinliyin yüngülləşməsinə çox köməyi olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu