“Əhalinin sağlamlığı qorunur, rifah halı yaxşılaşdırılır” – Politoloq 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Cənab Prezident koronavirusun başladığı andan bu günə qədər çox yüksək fəaliyyət nümayiş etdirir. Gördüyü tədbirlər, verdiyi qərarlar nəticəsində pandemiyanı cilovlamaq və qısa müddətdə tam nəzarət altına almaq mümkün olub. 
Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirləri yüksək  qiymətləndirən  politoloq  Qabil Hüseynlinin sözlərinə görə, dövlətin bu istiqamətdə atdığı addımlar  böyük əhəmiyyət kəsb edir: 


“ Hər nə qədər ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə olunsa da , risk davam edir. Bu mənada sosial rifaha dəstək xidmətinin may ayı ərzində davam etdirilməsi müsbət tendensiyadır. Koronavirus pandemiyası iqtisadiyyatı durma nöqtəsinə gətirib çıxarsa da, ölkə başçısının ötən illər ərzində həyata keçirdiyi iqtisadi islahatlar bu gün öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatında durğunluq  olsa da belə, dövlət öz daxili imkanları hesabına həm virusun təsirlərini azaltmaq, həm də vətəndaşları qorumaq iqtidarındadır.
Ölkə başçısı əhalinin sağlamlığının qayğısına qalır. Eyni zamanda hər bir Azərbaycan vətəndaşının maddi rifah halının diqqətdə saxlanılmasını izləyir. Bütövlükdə əhalinin, bütün dünyanı bürüyən bu fəlakətdən sağ-salamat çıxıb maddi rifah içərisində pandemiyadan sonrakı dövrə qovuşmasını istəyir”.

 Prezidentin sosial xidmətlərlə bağlı aldığı qərarların xüsusi  diqqət çəkdiyini vurğulayan Q. Hüseynli  ölkə başçısının  lap əvvəldən pandemiya ilə mübarizə fonduna 2,5 milyard manat pul köçürdüyünü, daha sonra isə bu məbləği 1 milyard manat da artırdığını xatırladıb: 

“Qeyd olunan rəqəmlər həqiqətən böyük məbləğdi və  bu, imkan verir ki, işsizlərə, işdən məhrum olanlara, aztəminatlı ailələrə ən azı iki ay 190 manat məbləğində müavinət ödənilsin. Əvvəl  200 min nəfərə kompensasiya verilməsi nəzərdə tutulurdusa, sonradan bu rəqəm 600 minə qaldırıldı. İndi də işin gedişində aparılan uçot nəticəsində bu rəqəm daha da böyüyə bilər və 600 mindən də çox ola bilər. Üstəlik də təxminən 60 min nəfər üçün belə deyək, müvəqqəti iş yerləri açılır. Bu müvəqqəti iş yerlərində də maaş 300 manatdan artıq olacaq. Yəni işsiz əhalinin belə deyək bələdiyyələrdə, icra hakimiyyətində rayonlarda və şəhərlərdə görülən mövsümi işlərə cəlb edilməsi nəticəsində müvəqqəti iş yerləri yaradılacaq və beləliklə əhalinin sosial təminatı istiqamətində daha bir istiqamət açılmış olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu