Məcburi köçkün Prezidentə inanır: “Torpaqlarımızı azad edəcəyimizə ümid edirik”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Füzuli rayonundan olan  məcburi köçkün Yeganə Fərəcova məktubunda izhar edir: 

“Hörmətli cənab Prezident, cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür, pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.
Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik. Uca Allah Sizi və ailənizi qorusun”.




Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu