"Prezident daim vətəndaşların yanındadır” 


“Prezident İlham Əliyev hakimiyətinin bütün dövrlərində daim vətəndaşlarla təmasda olamqla yanaşı, ayrı-ayrılıqda onların problem və qayğılarını dinləyir, yerində qərarlar verir və Xalq-Prezident vəhdətinin, etimad və etibarının reallığını nümayiş etdirir. Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımında vətəndaşların yanında olduğunu sübut edir”. 

Bu fikirləri “Sherg.az”a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert  Bəhruz Quliyev deyib.
  
O, bildirib ki, bu gün dünyada koronavirus epidemiyasının tüğyan etdiyi bir zamanda  da Prezident İlham Əliyev xalqının yanındadır: 



“Ölkədə görülən operativ və qabaqlayıcı tədbirlərin hər birinin təməlində vətəndaşın sağlamlığının mühafizəsi, sağlamlığı marağı dayanır. Qısa müddətdə yeni xəstəxanaların açılması, pandemiya dövründə onların hazırlıqlı vəziyyətə gətirilməsi, xarici ölkələrdə qalmış vətəndaşlarımızın Azərbaycana geri qaytarılması, karantin üçün nəzərdə tutulmuş yerlərin ən müasir standartlara uyğunlaşdırılması, yeni xəstəxanaların açılması və digər addımlar buna bariz nümunədir”.

B. Quliyev vurğulayıb ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planı əsasında həm sahibkarlara, aztəminatlı ailələrə dəstək, həm də əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində atılan addımlar Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının dayandığını bir daha sübut edir:

“Yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, 50 min ödənişli ictimai iş yerinin yaradılması üçün məqsədyönlü işlər aparılıb. Bununla yanaşı, pandemiya dövründə səhiyyə, 65 yaşdan yuxarı olan tənha şəxslərə sosial xidmətlər göstərən işçilərinin əməyinin qiymətləndirilməsi, həssas ailə qrupuna aid olan tələbələrin bir illik təhsil haqqının dövlət tərəfindən ödənilməsi hər bir ölkə vətəndaşının dövlət qayğısı ilə əhatə oldunduğunu göstərir".
Baş redaktor, həmçinin qeyd edib ki, ümumilikdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən  Tədbirlər Planının qarşısında duran əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu