LİDERƏ məktub: “Andınıza sadiq qalaraq Azərbaycanın çiçəklənməsinə çalışırsınız”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Lənkəran rayonu, Türkəkəran kənd sakini Saleh Cəfərov Prezidentə yazdığı təşəkkür məktubunda vurğulayır: 

Hörmətli cənab Prezident, dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmişiniz.Mən, nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm.Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm.
Hörmətli Prezidentimiz, Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd peyğəmbərin başı üstündə bərqərar etdiyi kölgəni Sizin və Sizin simanızda ailə üzvlərinizin başı üstündən əskik eləməsin.
Hörmətli Prezident və Mehriban xanım.Siz işdə olun, biz evdə olarıq və biz birlikdə bu bəlaya qalib gələcəyik!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu