“Məqsəd əhalinin heç bir itki görməməsinə nail olmaqdır”  

“Atılan addımlar Azərbaycan vətandaşlarının sosial rifahının yüksəlməsinə xidmət edir”



Bütün ölkələr dünyanı təhdid altına alan pandemiya ilə mübarizəyə səfərbər olunub. 
Azərbaycanda da   yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin  həlli istiqamətində mühüm addımlar atılır.  Hətta Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri  ictimaiyyət tərəfindənbir çox ölkələr üçün nümunə hesab olunur.

Siyasi ekspert Anar İmanov da sosial dəstək tədbirlərini yüksək dəyərləndirən tanınmışlardandır. O “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirus bəlası digər dövlətlər kimi bizdən də yan keçməyib:

“Əhalimizin bu dövrdən ən az itkilərlə çıxması  üçün Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı tədbirlər görülür. Sosial dəstək və həssas əhali qrupunun, həm də pandemiyadan zərər çəkmiş sahələrdə işləyən sakinlərin məşğulluğunun təmin olunması siyasəti həyata keçirilir. Bu istiqamətdə atılan addımlar əhalinin sosial rifahının yüksəlməsinə hesablanıb. Məqsəd Azərbaycan vətəndaşlarının  bu çətin dövrdə heç bir itki  görməməsinə nail olmaqdır.  Bildiyiniz kimi,  aprelin 17-də Prezidentin elan etdiyi yeni dəstək tədbirlərinə uyğun olaraq 2,5 milyon vətəndaşın məşğulluğu və sosial təminatının dəstəklənməsi üçün 600 milyon manat ayrılıb.
Dövlət və özəl sektorda iş yerlərinin və əməkdaşların əməkhaqlarının qorunması üzrə kompleks işlər aparılıb. Bu istiqamətdə fəaliyyət nəzarəti elektron sistem vasitəsilə hər gün keçirilir. Bu proqram çərçivəsində 1 milyon 629 min işçinin, o cümlədən 910 min dövlət qulluqçusu və 719 min özəl sektor işçisinin əhatə olunması nəzərdə tutulub.

Yanvarın 1-də aprelin 17-dən imzalanan əmək müqavilələrinin sayı 77 min, aprelin 1-dən aprelin 17-dək isə 55 min artıb. 300 min muzdlu işçinin əməkhaqqının bir hissəsinin ödənilməsi maliyyələşdirilib və 300 minədək fərdi sahibkara maliyyə yardımı göstərilib.
Əhalinin məşğulluğu xidmətinin fəaliyyəti gücləndirilib.

DOST Mərkəzləri vasitəsilə aprel-may ayları ərzində 50 min ödənişli ictimai iş yerinin yaradılması prosesi işə salınıb. Bu məqsədlər üçün 30 milyon manat ayrılıb. Bu günədək 5 min nəfər işlə təmin olunub. Ümumilikdə proqram çərçivəsində yaradılan ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi tətbiq olunanadək 38 minə yaxın insan işlə təmin olunub və işlərini davam etdirir.

İşsiz və xüsusi karantin rejimi ilə əlaqədar işini itirmiş şəxslərin ölkədə yaşayış minimumu həcmində, 190 manat məbləğində birdəfəlik ödənişlə təmin olunması mexanizmi işə salınıb. Prezident  İlham Əliyevin qərarına əsasən, aprel və may aylarında birdəfəlik ödənişlərlə 600 min nəfər təmin olunacaq. Növbəti mərhələdə bütün zəruri informasiya toplanıb sistemləşdiriləcək, sözügedən şəxslər məşğulluğun təmin olunması məqsədilə qeydiyyata alınacaq. 

Çox qısa bir müddətdə,  300 minə yaxın işsizə birdəfəlik ödənişlər verilib. Ünvanlı dövlət sosial yardımının verilməsi mexanizmi genişləndirilib və sadələşdirilib.  Xüsusi karantin rejimində tətbiq olunan məhdudiyyət tədbirləri zamanı xüsusi diqqət 65 yaşdan yuxarı şəxslərə və xüsusi qayğıya ehtiyacı olan şəxslərə evlərdə sosial xidmət göstərilməsinə yönəlib. 

2020-ci il martın 1-dən xüsusi karantin rejimi müddətində əlillərin, o cümlədən əlil uşaqların başa çatmış fəaliyyət qabiliyyətsizliyi müddəti xüsusi karantin rejiminin sona yetdiyi aydan sonrakı ayın 1-dək uzadılıb. Bu addım 14 min nəfəri əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb”.

A.İmanovun sözlərinə görə, digər sosial dəstək tədbirləri sırasında əhalinin güzəştli tariflə elektrik enerjisi istehlak limiti aylıq 100 kilovatt/saat artırılıb:

"Əhalinin sosial həssas qrupuna daxil olan tələbələrin tədrisi üzrə xərclərin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat ayrılıb.
Yuxarıda sadaladığım vaxtında atılan addımlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər zamankı kimi, xüsusilə də çətin dövrlərdə, həmişə xalqın yanındadır. Sonuncu iclasda Prezident İlham Əliyev qeyd etdi ki, əsas məsələ vətəndaşların sağlamlığı, insanların həyatıdır. Əvvəlki və sonrakı proseslər bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində, aztəminatlı ailələrə kömək edilməsi baxımından, həssas qruplara, sahibkarlara, yaşlı insanlara hərtərəfli dövlət qayğısının görülməsi baxımından atılan addımlar Azərbaycan vətandaşlarının sosial rifahının yüksəlməsinə xidmət edir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu