“Sosial izolyasiya təhlükəsizliyin təmin olunmasına xidmət edir”

Dünyanı lərzəyə salan koronavirus pandemiyasının  ölkəmizdə yayılmaması üçün bütün lazımi tədbirlər görülüb. Sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, insanlara məcbur olmadıqca evdən çıxmamaq tövsiyə olunur. Qeyd edək ki xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar.
Hətta bir qrup insanlar dövlətin sosial izolyasiya, özünütəcrid tələblərini “ev dustaqlığı”kimi dəyərləndirib buna etiraz edir. Halbuki sosial özünütəcrid hərəkət azadlığının məhdudlaşdırılması deyil tam əksinə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. 

Milli Məclisin İnsan Hüquqları komitəsiinin iclasında komitənin üzvü millət vəkili Hikmət Babaoğlunun da dediyi kimi  hazırda postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi təqdim olunur.  Ancaq bəzən informasiya platformasında informasiya istehlakçılarının hüquqları ya istismar, ya manipulyasiya edilir:

“Ölkəmizdə koronavirus təhlükəsinə qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı xüsusi sosial izolyasiya tədbirləri həyata keçirilir. Təəssüf ki, bəzi radikal marginal qruplar bunu ictimai rəyə insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışır. Hətta bunu insan hüquqlarının məhdudlaşdırılması kimi beynəlxalq təşkilatların da diqqətinə çatdırmaq istəyirlər. Düşünürəm ki, bu bizim indiki mərhələdə aktuallaşdırmalı olduğumuz problemdir”. 

 Deputat heç bir situasiyada sosial özünütəcridin  hərəkət azadlığının məhdudlaşdırılması ilə eyniləşdirilməsini doğru hesab etmir:

“Hazırki pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür  manipuliyasiya  edilməsi ümumi məafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir. Ona görə də radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdı”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu