Karantinə görə Bakıya qayıda bilməyən müğənnidən humanist ADDIM

“Rayonda 70-dən çox ailəyə köməklik göstərdim. Əlimdən gələcək başqa bir şey yoxdur”


Azərbaycan koronavirus qarşı apardığı kəskin mübarizəni davam etdirir. Yeni qəbul olunmuş qərara əsasən karantin rejimi  may ayının 4-ə qədər uzadıldı. Bu müddət ərzində şəhərlərarası gediş-gəliş də bağlı olacaq. Bayram üçün rayonlara gedən vətəndaşlar  Bakıya qayıda bilmirlər. Əlbəttə, səbirli olaraq qaydalara əməl etmək ən düzgün yoldur. 

Bəs bu günlərdə məşhurlar hansı işlərlə məşğuldur?

Elə bu sualı yönləndirmək üçün müğənni Vasif Məhərrəmli ilə əlaqə saxladıq. O "Sherg.az” a açıqlmasında bayramı qeyd etmək üçün rayona getdiyini karantinlə əlaqədar Bakıya qayıda bilmədiyini söylədi:

"Qazaxdayam. Evdə qalıb, mübarizə aparırıq. Sakitcə dayanmışam. İnsanlara yardım etməklə məşğulam. Yardım etdik, bitirdik. İndi oturub karantinin qurtarmağını gözləyirik". 

Evdən konsertlərə qoşulacaqsınızmı ?sualına gəlincə,  müğənni bunları söylədi: 

 Rayondayam. Evdən konserti necə verə bilərəm? Aksiyaya qoşuldum.  Cənab prezidentin “Biz birlikdə güclüyük !” şüarı altında həyata keçirilən aksiyada iştirak etdim. Rayonda 70-dən çox ailəyə köməklik göstərdim. Vəssalam. Əlimdən gələcək başqa bir şey yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu