Baş həkim Prezidentlə fəxr edir: “Bu xəstəxanalar xəstələrin nicat yeri oldu”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Bakıda yaşayan 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rəfailova Prezidentə yazır:

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə respublikamızın gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında nüfuzunun artması istiqamətində çox böyük işlər görülür və bu tədbirlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.

Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, bu günlərdə illər əvvəl gördüyünüz işlər öz bəhrəsini verdi. Müasir tələblər səviyyəsində yenidən inşa edilmiş, müasir tibbi avadanlıqlarla təchiz edilərək xalqın istifadəsinə verilmiş xəstəxanalar bu gün koronavirus infeksiyasına tutulan xəstələrin nicat yeri oldu.

Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin atdığınız qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız.

Əziz Prezidentimiz, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz adından Sizə təşəkkür edirik. İnanırıq ki, müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu