BDU-nun Tədris - teleradio studiyası tələbələri unutmur


 Karantin rejimi ilə əlaqədar olaraq respublika ərazisindəki bütün ali və orta təhsil müəssisələrində dərslər müvəqqəti olaraq dayandırılıb.

Buna baxmayaraq, Bakı Dövlət Universitetinin Tədris - teleradio studiyası tələbələrin asudə vaxtının səmərəli keçirilməsi üçün xoş təşəbbüslə çıxış edir. Belə ki, tələbələrin studiyada hazırladıqları və "Youtube" kanalında yayımlanan verilişlər yenidən tamaşaçılara, dinləyicilərə təqdim olunur.

 

 Bununla bağlı "Sherg.az"a danışan studiya müdiri Ramin Rzayev əsas məqsədin maarifçilik olduğunu nəzərə çatdırdı:

"Biz həmişə olduğu kimi, indi də tələbələrimizi diqqətdə saxlayırıq. Bilirik ki, evdə darıxırlar. Ona görə də elə onların bəzilərinin hazırladıqları verilişləri növbə ilə paylaşmaqla tələbələrimizi maarifləndirməyə, bilgiləndirməyə, əyləndirməyə çalışırıq. "Audio kitab" radiolayihəsi çərçivəsində hazırlanan "Ədəbi incilər"  verilişi buna bariz nümunədir. Tələbələrimiz Nigar Əliyeva və Gülnaz Hacıyevanın layihə rəhbəri olduqları proqramın hər efirində Azərbaycan və dünya ədəbiyyatından bir nəsr əsəri səsləndirilərək dinləyicələrə təqdim edilir". 
                                                     

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu