Axıska türklərindən Prezidentə məktub: «Vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etmədik »

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Saatlı rayonu, Günəşli kəndində yaşayan Nurgözəl Rəhimova Axıska türkləri adından Prezidentə yazır : 

« Hörmətli cənab Prezident, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.
Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. “El bir olsa dağ oynadar yerindən”, biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq ».

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu