Çempiondan Prezidentə: “Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz»


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Dördqat dünya və dördqat Avropa çempionu Zaur Cəfərov ölkə başçısına yazır:

“Möhtərəm cənab Prezident, Sizə nə qədər təşəkkür etsək, nə qədər öz dərin minnətdarlığımızı bildirsək azdır. Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət həyata keçirmisiniz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Prezidentin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan vəsait, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, televiziyada izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz. Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu