Məcburi köçkün LİDERƏ yazır: “Təmirli və müasir mənzillərdə yaşayırıq”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 


 Kəlbəcər rayonundan məcburi köçkün Emil Xanlarov ölkə başçısına yazdığı məktubda bildirir:

 “Hörmətli cənab Prezident, Mingəçevir şəhərində məskunlaşmış kəlbəcərli məcburi köçkünlər olaraq Sizin diqqət və qayğınız sayəsində bizə verilən təmirli və müasir avadanlıqla təchiz olunmuş mənzillərdə yaşayırıq. Sizə ailəmiz adından təşəkkür etməyi və minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm. Məlum olduğu kimi, dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası bizdən də yan keçməyib. Bu çətin dönəmə baxmayaraq, Sizin müdrik, operativ və düşünülmüş qərarlarınız həmişə olduğu kimi, yenə də neçə-neçə ailənin rahat və təhlükəsiz şəraitdə öz evində qalmasına, onların sosial təminatlarının ödənilməsinə şərait yaradıb. Sizin liderliyiniz məhz xalqa illər boyu yorulmadan göstərdiyiniz xidmətləriniz sayəsində formalaşıb. Sizin siyasətinizin prioritetini bir tərəfdən vətəndaş amili, digər tərəfdən dünya hüdudlarından kənarda Azərbaycan adını ucaltmaq təşkil edir. Bu missiyanı isə Ulu Öndərimizdən sonra yalnız Sizin kimi rəhbər icra edə bilərdi. Bu baxımdan Siz Ümummilli Liderimizin dəst-xəttini çox layiqli şəkildə davam etdirirsiniz. Biz kəlbəcərlilər, Mingəçevirin mədəniyyət işçiləri, şəhərdəki Heydər Əliyev Mərkəzinin əməkdaşları ömrümüzün sonuna kimi yanınızda olmağı özümüzə şərəf və borc bilirik. Allah Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu