Jurnalist Prezidentə yazır:“Xalqımız Sizi yanında görüb, məmnunluq hissi keçirir”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 

Zaqatalada yaşayan jurnalist, Əməkdar mədəniyyət işçisi Elmira Mehdiyevanın Prezidentə məktubunda deyilir:

 “Çox hörmətli cənab Prezident, bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur. Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi, yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Biz jurnalistlər daim Sizin siyasətinizi dəstəkləmişik. Bu gün sübut olundu ki, bəşəriyyətin ən ali dəyəri elə sadəcə olaraq insanlıqdır. Sizin də siyasətinizin əsasında məhz bu humanist ideallar dayanır. Siz təhlükəni hiss etdiyiniz ilk gündən pandemiyaya qarşı hər bir tədbiri addım-addım həyata keçirdiniz. Bu tədbirlər həyati əhəmiyyət daşıdı. Çünki Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada virus təhlükəsi hər an qarşısıalınmaz bir hala çevrilə bilərdi. Bu gün hər kəs öz vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarmalı, Prezidentinin arxasında olmalıdır. Çünki bu birlik imkan verəcək ki, biz pandemiyaya qalib gələk. Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tezliklə o gün gələcək. Yenidən həyat öz axarına düşəcək, yenidən uşaqlarımız məktəbə, bizlər də öz işimizə-gücümüzə gedə biləcəyik. Hər kəsə səbir diləməklə yanaşı, Sizə cansağlığı arzu edirəm. Qoy həyatımız əvvəlki axarına qayıtsın. İnsanlıq yaşasın. Həyat məhz insanların varlığı ilə gözəldir”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu