Prezidentə məktub: "Biz birlikdə güclüyük!" çağırışınız milli birliyə stimul oldu”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Qubadlı rayonundan Çingiz Salmanov ölkə başçısına yazdığı təşəkkür məktubunda vurğulayır:

 “Möhtərəm cənab Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Sərhəd tanımayan koronavirus infeksiyası Yer kürəsinin sakinlərini, eyni zamanda, ölkəmizin vətəndaşlarının sağlamlığını təhdid altına almışdır. Qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər Sizin nəzarətiniz altında davam etdirilir. Yaranmış vəziyyətlə əlaqədar elan olunmuş karantin dövründə dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyaclarının ödənilməsində heç bir problem olmaması, işsizlərə 190 manat yardım edilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi bir daha ölkə rəhbəri kimi daim xalqın yanında olmağınızın bariz nümunəsidir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız xalqımızın milli birliyinə güclü stimul oldu və pandemiyaya qarşı mübarizədə hər birimizi həmrəyliyə səslədi. Cənab Prezident, Sizə dərin hörmətimi və təşəkkürümü bildirir, Azərbaycan dövlətinin inkişafı, ölkə vətəndaşlarının sağlam gələcəyi naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayıram”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu