Milli Qəhrəmanın həyat yoldaşı: “Mən öz Prezidentimlə fəxr edirəm”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 

Milli Qəhrəman Məhərrəm Seyidovun həyat yoldaşı Şəkər Seyidova ölkə başçısına məktubund yazır: 

“Hörmətli cənab Prezident, Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qeydinə qalmağınız, bu çətin vaxtda xalqa maddi və mənəvi cəhətdən dəstək olmağınız biz şəhid ailələrini çox sevindirir. Mən öz Prezidentimlə fəxr edirəm. Torpaq, Vətən yolunda şəhid olan qəhrəman oğulların ata və anaları, ailələri, övladları Sizə əmanətdir.
Cənab Prezident, Heydər Əliyev Fondunun dəstəyi hesabına iki dəfə ağır əməliyyat keçirmişəm. Bu gün həyatda olduğum üçün Sizlərə borcluyam.
Bu çətin dövrdə Sizin tövsiyə və çağırışlarınızı çox vacib sayır, onların hamısına riayət edirik. Allah Sizi və ailənizi qorusun!”. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu