Şəhid anasından Prezidentə məktub: “Daim xalqın sevinc və kədərinə şərik olursunuz”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 

Milli Qəhrəman ailəsinin üzvü Pakizə Əliyeva Goranboydan ölkə başçısına yazır:

Cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında bizim ölkənin adı ölüm hallarının sayına görə son pillələrdədir. Siz xalqımızın sağlamlığı üçün əlinizdən gələni əsirgəmədiniz. Aztəminatlı ailələrə dövlət tərəfindən davamlı yardımlar edilir.
Cənab Prezident, Siz nazirlərlə keçirdiyiniz videomüşavirədə qeyd etdiniz ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət tərəfindən yardım 200 min nəfərə deyil, 600 min insana iki ay ərzində hər ay 190 manat olmaqla verilməlidir. Bu, bir daha onu göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız, onun sevinc və kədərinə şərik olursunuz. Sizin qayğınız və səmimiyyətiniz hər bir azərbaycanlı ailəsində hiss olunub, bu gün də olunmaqdadır. Sizin tərəfinizdən edilən müraciətlər, tövsiyələr, məzuniyyətə buraxılan işçilərin əməkhaqqının ödənilməsi, 190 manat vəsaitin ayrılması, “Biz birlikdə güclüyük!” kimi çağırışlarınız Azərbaycan xalqını qorumaq üçündür.
Bütün bunlara görə şəhid anaları adından Sizə təşəkkür edirik. Siz bizləri qoruyursunuz, Allah da Sizi qorusun”.



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu