“Məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır”

“Həyata keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır”



Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır.

Sosioloq Zəminə Səfərova da “Sherg.az”a açıqlamasında  qeyd edib ki, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə pandemiyaya qarşı genişmiqyaslı tədbirlər görülür:



“Məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Hətta ölkə başçısının 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əkisini tapıb. 17 apreldə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb”

Sosioloqun sözlərinə görə, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi, dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir: 

“Ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən bütün işlər Prezidentin diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır.
Dövlətin bütün xalq üçün göstərdiyi diqqətini nəzərə alaraq hər birimiz qoyulan qaydaları vicdanla dəyərləndirməliyik və atdığımız addımlarda məsuliyyətli və ciddi olmalıyıq.
Mətbuatdan aldığımız məlumata görə 27 apreldən karantin qaydalarının yumşaldılması nəzərdə tutulub. Gəlin ,baxaq görək biz buna hazırıqmı? Əgər hələ də ölkədə bu virusa yoluxmalar davam edirsə,yumşaldıcı tədbirlər aparılacaqsa, onda yoluxma halları artmasın deyə bir çox məsuliyyət əhalinin üzərinə düşür. Ona görə də hər bir vətəndaş ictimai nəqliyyatdan və insanların kütləvi toplandığı yerlərdən uzaq durmalı və belə halları görərsə, laqeyd olmamalıdır. Bəzi insanları narahat edən  məsələlər var. Təhsil ocaqlarında uşaqların vərdiş halına keçdikləri əllərini tez-tez yumaq üçün şərait yaradılmalıdır, ali və orta məktəblərdə tibbi məntəqələr fəaliyyət göstərməlidir. Bütün bunlara ciddi nəzarət edilməlidir. Nəqliyyat vasitələrində sıxlıq aradan götürülməlidir".

 Z. Səfərova diqqətə çatdırıb ki, dövlət xüsusilə yardıma ehtiyacı olan yaşlıları,kimsəsizləri,xüsusi qayğıya ehtiyacı olan ailələri, şəhid ailələrini, işsizləri və sairə bu kateqoriyadan olan şəxsləri diqqətdə saxlayıb və onlara maddi və humanitar yardımların edilməsi göstərişini verib:

“Bu hazırda da davam edir. Pandemiya dövründə Azərbaycan xalqının birləşməsi və birlikdə həmrəylik göstərməsi dünya ictimaiyyətinə də səs salıb. Hətta xaricdə yaşayan dostlar, vətəndaşlar Azərbaycanın bu gün necə birləşib həmrəylik göstərmələrini alqışlayırlar. İnsanların necə bir-birlərinə yardımlar göstərməsi, imkansız ailələrə dəstək olmaları çox sevindirici haldır. Bu hal həm də ona görə sevindiricidir ki,insanlar həmrəylik göstərirlər.
Yeri gəlmişkən bu müsahibəmdən istifadə edərək Sizin vasitənizlə bütün dünya müsəlmanlarını Müqəddəs Ramazanın gəlişi münasibəti ilə təbrik edirəm. Allah bütün tutulan orucları,qılınan namazları.edilən duaları qəbul etsin.Tezliklə xalqımız və bütün dünya  bu bəladan azad olsun inşallah".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu