Azərbaycanda koronavirus : daha 25 nəfər yoluxdu, 67 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında OPerativ Qərargahdan "Sherg.az"a verilən xəbərə görə, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.

516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu