Prezidentə məktub: “Xalqımıza dayaqsınız, xalqımız daim Sizinlədir”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 

Qubadlı rayonundan məcburi köçkün Gözəl Abdullayeva ölkə başçısına yazır: 

“Möhtərəm cənab Prezident, dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıblar. Bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, xalqa göstərdiyiniz yüksək qayğıya görə bir vətəndaş kimi Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Bir hərbçi ailəsinin üzvü, bir şəhid bacısı olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Sizinlə qürur duyuruq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu