Ağsaqqallardan ölkə başçısına: “Xalqımızın sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız” 


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Qusar rayonunun ağsaqqalları Vahid Mehdixanov, Cavanşir Nurməmmədov, Vidadi Səvzixanov, Fəxrəddin Qaçabəyov, Davud Davudov, Şərbət Qəribov və Sənan Xəlilov liderə yazırlar:

 “Möhtərəm Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Siz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək müdrik rəhbər kimi Azərbaycan xalqının bu çətin günlərdə də sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Virusun yayılmasının qarşısının alınması, ahıl insanların sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, sosial xidmət işçiləri vasitəsilə onlar üçün xidmətlərin təşkili, ehtiyacı olan şəxslərə yardımların göstərilməsi, işsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinizin əyani təsdiqidir. Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum şəkildə nail oldunuz. Biz qusarlılar əminik ki, tezliklə bu ağır günlərdən də qalib çıxacağıq. Allah Sizə kömək olsun! Ulu Tanrı Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu