Tarixçi deputatla razılaşmır, amma vəziyyəti də etiraf edir: “AMEA-da "ölü canlar...”


“..Sadəcə görüntü xətrinə gəlib- gedənlər, ortaya heç bir elmi iş qoymayanlar uzaqlaşdırılmalı, maaşlar artırılmalıdır”

“Amma bu problemlərin həlli yolu akademiyanın özəlləşdirilməsində deyil”



"AMEA-da təkmilləşdirilməyə ehtiyacın duyulduğuna dair fikirlər tez- tez səslənir. Lakin bu, o demək deyil ki, qurum dövlətin nəzarətindən çıxmalıdır"

Bu sözləri “Shertg.az”a AMEA- nın Fəlsəfə institutunun aparıcı elmi işçisi, Fəlsəfə üzrə fəlsəfə doktoru dosent Faiq Ələkbərli millət vəkili Qüdrət Həsənquliyevin AMEA- nın özəlləşdirilməsi təklifinə münasibət bildirərkən dedi. 

Onun sözlərinə görə, mövcud problemləri həll etmək üçün dövlət qayğısı əsas şərtdir:
 


"Mən də razıyam ki, akademiyada ciddi islahatlara ehtiyac var. "Ölü canlar", sadəcə görüntü xətrinə gəlib- gedənlər, ortaya heç bir elmi iş qoymayanlar uzaqlaşdırılmalı, maaşlar artırılmalıdır. Amma bu problemlərin həlli yolu akademiyanın özəlləşdirilməsində deyil. Yəni mən təklifin əleyhinəyəm. Əgər Qüdrət müəllimin dediyi kimi olarsa, vəziyyət daha da pisləşəcək. Ümumiyyətlə, nə qədər ki, obyektiv islahatlar aparılmır, belə qınaqlar çox olacaq".

Alimin fikrincə, akademiya özəlləşdiriləcəyi təqdirdə onun strukturunda da dəyişikliklər edilməlidir:

"Onda ayrı- ayrı institutlar yaranacaq. Avropada belə təcrübə var. Amma, məncə, biz buna hazır deyilik. Hər halda, atılan heç bir addım görüntü xətrinə olmamalıdır".

F.Ələkbərli, həmçinin əlavə edib ki, son vaxtlar akademiyada müsbət mənada dəyişikliklər hiss olunur:

 "Ramiz Mehdiyev akademiyanın prezidenti təyin olunduqdan sonra müəyyən addımlar atıldı. Sadəcə pandemiya bu işlərin həyata keçməsinə mane oldu".                                       

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu