Ehtiyaclıları müəyyən etməyin ağıllı üsulu GÖSTƏRİLDİ : “ 1 kq un...

Bu günlərdə ehtiyaclı insanlara yardımlar göstərilir. Sosial şəbəkələrdə bu barədə tez-tez paylaşımlar edilir. Bəzənsə yardım göstərilənin həqiqətən bu yardıma ehtiyacı olub-olmadığı sual doğurur. Belə hallar da olur ki, yardım etmək istəyənlər həqiqətən ehtiyaclı ailələri tapmaqda kömək istəyiblər. İqtisadçı Elçin Bayramlı sosial şəbəkədə bu mövzuya uyğun maraqlı paylaşım edib.  Xəbər hind kinosunun ulduzu Əmir Xanla bağlıdır. E.Bayramlı yazıb: 

 

“Doğru olub-olmadığını dəqiq bilmirəm, amma maraqlı üsuldur. Deyir, tanınmış aktyor Əmir Xan yardım kampaniyası keçirib və adambaşı cəmi 1 kq un paylayıb. Sözsüz ki, çox adam gəlməyib. 1kq un kimə lazımdır?! Amma gələnlər də olub. Əmir istəyirdi ki, həqiqi ehtiyaclı adam gəlsin. 1 kq-lıq un paketini alıb açanlarsa  içində 15min rupi olduğunu görüblər”. Həqiqi ehtiyaclıları müəyyənləşdirmək üçün ağıllı üsuldu.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu