Cabbar Musayev qalmaqallardan necə qorunur ?! – Sirr pərdəsi çəkildi

“Çalışıram ki sensasiyalı verilişlərdən uzaq durum”

“Jurnalistlərin bəzi suallarına elə formada cavab vermək lazımdır ki, qalmaqala səbəb olmasın”



Azərbaycanda iki aya yaxındır, xüsusi karantin rejimi elan olunub. Vətəndaşlar qaydalara tabe olaraq evdə qalmağa davam edir. Dövlətimizin vaxtında həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə olunur. Bu günlər ərzində konsert, toy, və digər məclislərin ləğv olunması nəticəsində tanımış xanəndələr, sevilən müğənnilər vaxtlarını evdə keçirməyə davam edir.
Rəsmi “Instagram” səhifələrində canlı yayınlar açmaqla yanaşı, müxtəlif media qurumlarına müsahibələr verərək xalqla ünsiyyətlərini kəsməməyə çalışırlar.

Biz də bu amili nəzərə alaraq,  müğənni-bəstəkar Cabbar Musayevlə əlaqə saxlayıb, həmsöhbət olduq. Müğənni "Şərq"ə karantin günlərini necə keçirdiyindən söz açdı:

"Hamı kimi mən də iki saatlıq icazə alıb çıxırdım. Ən çox evdə otururdum. Yaradıcılıq işləri ilə məşğul oluram. Çalışıram ki,  həyətdə idman edim."
"Onlayn" layihələrə qoşulacaqsınızmı?” sualımıza gəlincə, C.Musayev bunları söylədi:
 "Bilmirəm hələ. Könül xanımla məsləhətləşirik. Bu müddət ərzində Xəzər televiziyasında Könül xanımın evində çəkiliş etdik. Neçə gün anonsları getdi. Sonra televiziyaya verildi. Yəni belə işlər oldu. Evdən konsert kimi idi”. 

Karantin günlərini səbr və təmkinlə kecirdiyini söyləyən müğənni şou- biznes qalmaqallarından necə qorunduğunu açıqladı:

“O şəraiti yaratmıram. Hər bir musiqiçinin haqqında nə isə sensasiyalı işlər görmək istəyirlər. Ancaq çalışıram ki həmin verilişlərdən uzaq durum.  İkincisi  jurnalistlərin bəzi suallarına elə formada cavab vermək lazımdır ki, qalmaqala səbəb olmasın”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu