Prezidentə minnətdarlıq: “Bütün təbəqələr yüksək qayğı ilə əhatə olunurlar”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 

Zərdab rayon sakini Şəfəq Səfəliyeva ölkə rəhbərinə yazdığı məktubda bildirir:

“Cənab Prezident, ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Sizin qeyd etdiyiniz kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ tədbirlər Sizin vətəndaşlara verdiyiniz dəyərin parlaq ifadəsidir. Bu çətin şəraitdə Azərbaycan xalqına həm maddi, həm də mənəvi dəstək olduğunuza görə Sizə minnətdarıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu