“MİQ imtahanları onlayn keçirilə bilər” - AÇIQLAMA


“Hər kəs mobil telefon, kompüter və planşet ilə şəxsi imtahan səhifəsinə daxil olub imtahan verə bilər” 

“Online” imtahanlarda təhlükəsizlik 100 faiz təmin olunacaq və heç bir kənar müdaxilə olmayacaqdır"



Müəllimlərin işə qəbulu üçün onlayn müsahibə keçiriləcəyinə dair məlumatlar var. 
Onlayn müsahibənin hansı faydaları ola bilər? Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında koronovirus pandemiyası ilə bağlı yaranmış ciddi
problemlərdən birinin də müəllimlərin işə qəbul imtahanı ilə bağlı olduğunu dedi: 


- Koronavirus pandemiyası ölkədə bütün qəbul və buraxılış imtahanlarının təxirə salınmasına səbəb oldu. Həlli gözlənilən ən ciddi problemlərdən biri də orta məktəblədə çalışmaq üçün  müəllimlərin işə qəbulu imtahanıdır. Əgər pandemiya təhlükəsi uzanarsa, düşünürəm ki, məyyən proqram təminatı tətbiq edilməklə “online” imtahanlar yolu ilə bu mümkündür.  Hər kəs mobil telefon, kompüter və planşet ilə şəxsi imtahan səhifəsinə daxil olub imtahan verə bilər.  Burada ən ciddi narahatlıq kənar müdaxilə, köçürülmə halları ilə bağlıdır. 



Bunun qarşısını almaq üçün öncə hər bir test tapşırığına məyyən müddət daxilində cavablamaq imkanı verilməlidir. Misal üçün,  bir test tapşırığını cavablamaq üçün 1 və ya 2 dəqiqə vaxt verilir və müddət bitdikdən sonra test tapşırığı ekrandan gedir və ona qayıtmaq olmur. İkinci,  hər bir imtahan iştirakçısı  “face-kontroll” (feys control) proqramına cəlb edilməklə imtahan verir və ekranda kənar üz, sima olarsa, avtomatik olaraq o test tapşırığına cavab vermək imkanı məhdudlaşdırılır. Üçüncü isə,  səs kontrolu ilə bağlıdır. Yəni imtahan iştirakçısı testin cavabını kənar bir şəxsdən soruşmaq istədikdə, 2-ci bir əlavə səs yenə də test tapşırığını cavablandırmaq imkanını aradan qaldırır. 

K.Əsədov qeyd etdi ki, burada yaranacaq əsas problem hər kəsin lazımi avadanlıqla və internetlə təmin olunması ilə bağlıdır:
 
- Nəzərə alsaq ki, ölkədə 4447 orta məktəb  və hər məktəbin də kompüter otağı var, hər bir müdavim gələcəkdə işləmək üçün məktəbə gedir, deməli, nəzəri olaraq “online” imtahanın keçirilməsi mümkündür.  Hətta bunun müsbət tərəfi odur ki, imtahan iştirakçısı imtahanı bitirən kimi nəticəsi ekranda görünəcək.  
Hesab edirəm ki, “online” imtahanlarda təhlükəsizlik 100 faiz təmin olunacaq və heç bir kənar müdaxilə olmayacaqdır. 

“Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram imtahan verənin yanında kənar şəxsi və səsi müəyyən edir, imtahan nəticələrini ləğv edir. 
Avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) bu işin öhdəsindən gələ bilər. 
Digər tərəfdən isə “online” imtahanların keçirilməsi gələcək müəllimlərdə İKT bacarıqlarını formalaşdıracaq ki, bu da müasir dövrün tələbidir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu