Virus bitməyib: “Hәlә dә istənilən şəxs virusa yoluxa bilər”

“Karantin rejimi bitəndən sonra da  insanlar sosial izolyasiya qaydalarına əməl etməlidirlər” 

"Əks halda aktiv “COVİD 19”  daşıyıcısı olduğundan bixəbər xəstə virusun 2-ci dalğası üçün zəmin yarada bilər”



"Ölkәdә son hәftәlәrdә koronavirus pandemiyasından sağalanların sayının artması vә virusa yoluxma hallarının azalması insanlarda sanki “Virus  bitib,  bundan sonra yoluxma olmayacaq” kimi düşüncәlәr yaradıb".

Bu sözləri "Sherg.az" a infeksionist  Natiq Əliyev deyib. 

 Əhalinin bu cür düşünməsinin  çox  yalnış və təhlükəli  fikir olduğunu vurğulayan həkim  deyib ki, hәlә dә  istənilən şəxs virusa yoluxa bilər:

“Hәtta müalicә alıb sağalanların belə  yenidәn yoluxma riski var.  Yaxşı olar ki, insanlarımız   karantin rejimi bitəndə belə  indiki duyarlığı göstәrәrәk fәrdi qorunma tәdbirlәrinә davam etsinlər”. 

Doktorun fikrincə,  ölkә әrazisindә mayın 4- dә karantin rejiminin aradan qalxması heç dә  pandemiya təhlükəsinin bitdiyi  anlamına gәlmәsin: 

"Virusun ikinci dalğası ilә bağlı konkret   söz demәk mümkün olmasa da istisna edilmir.  Karantin rejimi bitdikdәn sonra insanların xaotik hәrәkәti, kütləvi toplaşma hallarının olması səbəbindən belə bir ehtimalı göz önündә tuturuq. Ola bilәr ki, hazırda evdә olan insanlar arasında “COVİD-19” pozitivdir, lakin heç bir klinik şikayәti yoxdur. Orqanizması güclü olduğundan virusla mübarizә apara bilir. Amma karantin rejimindәn sonra küçәdә, işdә qarşılaşdığı insanın immun sistemini eyni dərəcədə olmaya bilər. Həmin şəxs fәrdi qoruyucu vasitәlәrә әmәl etmәsә, başqa bir şəxsi də yoluxdura bilәr.   Koronavirus  xroniki xәstәliyi, immun sistemi zәif insanlarda ağır fəsadlara yol açdığından adi bir məsuliyyətsizlik üzündən  həmin şəxs həyatını itirə bilər".

N. Əliyev  deyib ki, karantin rejimi bitəndən sonra da  insanlar sosial izolyasiya qaydalarına əməl etməlidirlər: 

"Əks halda aktiv “COVİD 19”  daşıyıcısı olduğundan bixəbər xəstə virusun 2-ci dalğası üçün zəmin yarada bilər.  Bundan əlavə koronavirus infeksiyasına yoluxub  sağalan xәstәlәr var ki, onlar müalicә bitdikdәn sonra mütlәq şәkildә evdә izolyasiya qaydalarına әmәl etməlidir. Həmin şəxslər tövsiyyələri qulaq ardına vurub işә getsələr və yaxud başqa bir formada cәmiyyәtә aktiv inteqrasiya etsələr,  yoluxma halları yenidən arta bilәr".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu