“Vergi tətilləri sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”

"Bu addımla post-pandemiya dövründə sahibkarların ciddi maliyyə çətinlikləri aradan qaldırılmış olacaq”



Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.
Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur.
Vergilərin bir hissəsinin qaytarılması, bu il ərzində ödənməli olan vergilərin ödəniş müddətinin uzadılması da buraya daxildir.

Maliyyə məsələləri üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli sözügedən qərarın  sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini düşünür.   Pandemiyanın dünya iqtisadiyatının inkişaf dinamikasını iflic hala saldığını vurğulayan ekspert hesab edir ki,  bəzi dövlətlər, hələ ki, bu çətinliklərin öhdəsindən gələ bilir:



“Bu çərçivədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər bütün mövcud imkanlarını səfərbər edir. Bu və ya digər şəkildə iqtisadi aktivliyi təmin etmək məqsədilə müəyyən tədbirlər planı həyata keçirir. Azərbaycan da bu ölkələr arasındadır.  İqtisadiyyatın bütün sferlarını əhatə edən geniş tədbirlər planı həyata keçirilir. Bu dövrdə ən vacib məsələlərdən biri də pandemiya ilə bağlı olaraq fəlaiyyətini dayandıran və gəlir əldə edə bilməyən sahibkarlara göstərilən dəstəkdir. Sahibkarlara dəstək müxtəlif formalarda göstərilir. Belə ki, müəyyən vergi tətilləri və güzəştlərin tətbiqi sahibkarlar üçün çox mühümdür. Çünki bu dövrdə sahibkarlar hazırda maliyə likvidliyi ilə bağlı ciddi çətinliklər yaşayır. Bu problemlərin aradan qaldırılması məqsədilə dövlət büdcəsinə olan ödənişlərin müəyyən müddətə ertələnməsi indiki məqamda çox vacibdir. Post-pandemiya dövründə sahibkarların ciddi maliyyə çətinlikləri aradan qaldırılmış olacaq. Hesab edirəm ki, vergi tətilləri ilə bağlı verilən qərar sahibkarlıq sahəsinə ciddi dəstək kimi qiymətləndirilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu