Prezidentə minnətdarlıq: “Sizin vətəndaşa necə dəyər verdiyinizin şahidi olmuşam”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Neftçala rayonu Boyat kəndindən olan ikinci dərəcəli əmək ordenli Hacıyev Əlihüseyn dövlət rəhbərinə məktubunda qeyd edir: 

“Hörmətli cənab Prezident, Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyasi tam nəzarət altındadır. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur.
Əlbəttə, bu Sizin uzaqgörənliyinizin sayəsindədir. Sizinlə fəxr edirik. Allah Sizə və ailənizə cansağlığı versin.
Mən Sizin vətəndaşa necə dəyər verdiyinizin canlı şahidi olmuşam. 2017-cl ildə Neftçalaya səfəriniz zamanı mənim fermer təsərrüfatımda oldunuz, təsərrüfatın üzvləri ilə səmimi görüş keçirdiniz, müvafiq tövsiyələr verdiniz.
Biz Azərbaycan xalqı fəxr edirik ki, Sizin kimi Liderimiz var. Bu işləriniz bir daha sübut edir ki, Siz Azərbaycan xalqının dahi Lideri Heydər Əliyevin davamçısınız”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu