Hər kəs bir yolla saçını kəsdirib qaydaya saldırır: Bunun müzakirəsinə ehtiyac yoxdur

Azərbaycan Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə qərar qəbul edib.

Verilən qərardan sonra ölkədə fəaliyyəti qadağan edilən bəzi iş yerləri yenidən açılamağa başlayıb.
 Bərbərxanalar və gözəllik salonlarının açılacağına dair gözləntilər isə özünü doğrultmadı.  Bu qərardan narazı qalan vətəndaşlar  da sosial şəbəkələrdə məmurları və efirə çıxan insanları hədəf almağa başlayıb. Ayrı -ayrı istifadəçilər tərəfindən yazılan statuslarda sözügedən təbəqənin saç-saqallının, üz-gözünün qaydada olması maraq doğurub. Və ironiya ilə qeyd ediblər ki, bəs məmurlar, efirə çıxan şəxslər saçlarını harda düzəltdirir. Həmişə  belə səliqəli "uklatka"da olurlar. Karantin rejimini pozmurlar bəs?
 
Hüquq müdafiəçisi Azər Həsrət isə  burada qəribə heç nə olmadığını  deyib.  Onun sözlərinə görə,  bərbərxanaların sayının az olduğu zamanlarda da insanların saçı - saqqalı hər zaman qaydasında olardı:

"Hətta hərbi xidmət keçənlər bilir, əsgərlər bir- birinin saçını qırxır. Demək istədiyim odur ki, insan hər şəraitə uyğunlaşa bilir.  Tək məmurlar, efirə çıxanlar deyil ki,  işi ilə əlaqəli cəmiyyət arasına çıxan hər kəs bir yolla saçını kəsdirib qaydaya saldırır.  Ailə və ya dost tanış içərisində bir-birinə yardım edəcək insanlar var əlbəttəə ki. Mənə görə bu məsələni sosial şəbəkələrdə problem olaraq qaldırıb  monitorinq keçirilməsini təklif edəcək  qədər ciddi deyil".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu