Finlandiyadakı Azərbaycan icmasından liderə məktub: “Sizə inamımız daha da möhkəmlənir”



Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Finlandiyadakı Azərbaycan icması adından dövlətimizin başçısına minnətdarlıq edən Vasif Muradlı və Arzu Oqtay yazırlar: 

“Möhtərəm cənab Prezident, biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşayan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə göstəriş vermənizi yüksək qiymətləndirərək minnətdarlığımızı bildiririk. Sizin harada yaşamağımızdan asılı olmayaraq ölkə vətəndaşlarına verdiyiniz yüksək dəyər bizim Sizə olan inamımızı daha da möhkəmləndirir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən dəfələrlə az müşahidə olunması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və görülən qabaqlayıcı tədbirlər sayəsində oldu. Cənab Prezident, çox sevindirici haldır ki, dünyada yaşayan bütün soydaşlarımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında sıx birləşdi. Əminik ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində dövlətimiz bu bəladan ən az itki ilə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Finlandiyadakı Azərbaycan icması adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu