Dövlət rəhbərinə məktub: “Sizin də dediyiniz kimi, “Biz birlikdə güclüyük!”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Ağdam rayonunun Qiyaslı kəndindən İsmayıl Qaçaylı Prezidentə məktubunda bildirir:

 “Hörmətli cənab Prezident, hazırda dünya və ölkəmiz ağır sınaqdan keçir. Koronavirus pandemiyası hər gün dünyada yüzlərlə insanın həyatına son qoyur. Bu infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Biz ölkə vətəndaşları olaraq yaxşı dərk edirik ki, bu virusla mübarizədə hər birimiz maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik. Bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyirik. Sizin də dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu