Prezidentə minnətdarlıq: “Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Ağdaş rayonunun sakini Günay Əhmədova ölkə liderinə məktubunda diqqətə çatdırır:

“Möhtərəm cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, iqtisadiyyatın təhlükəli riskdən qorunması yolunda həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insanların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşısında baş verib. Əziz Prezidentim, Sizin bu ağır zamanda - pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən də 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı. Ölkəmizdə məlum səbəbdən işləyə bilməyən on minlərlə insana göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, bu çətinliklər arxada qalacaq, ölkəmizin başı üzərini alan bu “qara buludlar” tezliklə çəkiləcək və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu