“Vergi tətilləri biznes strukturlarının inkişafına dəstəkdir” 

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.
Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsi nəzərdə tutulur.

Vergilərin bir hissəsinin qaytarılması, bu il ərzində ödənməli olan vergilərin ödəniş müddətinin uzadılması da buraya daxildir.



Sözügedən qərarı şərh edən millət vəkili Azər Badamov da  "Sherg.az"a  pandemiyanın ölkə iqtisadiyyatına təsirlərini minimuma endirilməsi üçün Vergi Məcəlləsində dəyişikliklərin  təklif olunduğunu qeyd edib. Onun sözlərinə görə,  nəzərdə tutulan dəyişikliklər pandemiyanın birbaşa təsir göstərdiyi sahələrdə iqtisadi fəallığın bərpasına hesablanıb: 

"Dəyişikliklərdə əsasən   karantin rejiminin tətbiqi zamanı məhdudiyyətlər qoyulmuş sahələrdə sahibkarkarlara icarəyə götürülmüş sahələrdən ödəniləcək əmlak və torpaq vergiləri 1 yanvar 2021-ci ilə qədər ləğv olunması, ödəmə mənbəyindən ödənilən vergisini 50 faiz azaldılması nəzərdə tutulub. Sadələşdirilmiş vergini 50 faiz azaldılıb, mənfəət və gəlirin 75 faizi vergidən azad olunur. Əhali üçün vacib xüsusi siyahı ilə təsdiq olunmuş bəzi ərzaq malları və tibbi ləvazimatların idxaldan azad edilməsi nəzərdə tutulur. Bütün biznes strukturları üçün pandemiya ilə mübarizə məqsədləri ilə istifadə olunmuş xərclər gəlirdən çıxılır. Həm də, hesabatların gecikməsinə və ödənilməmiş vergilərə hesablanmalı faizlərə tətillər və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. O cümlədən, məcburi sosial sığorta haqqı və işsizlikdən sığortanın hesablanmasında da güzəştlərin təbiqi təklif olunur". 

Deputatın fikrincə, təklif olunmuş dəyişikliklər biznes strukturlarının fəaliyyətlərinin bərpasına verilən vacib dövlət dəstəyidir: 

"Dövlətin dəstəkləyici tədbirləri ölkəmizin qeyri neft- sektorunda iqtisadi fəallığının yenidən bərpa olunmasına imkan verəcək. Əhalinin az təminatlı təbəqəsinin sosial vəziyyətinə pandemiyanın təsirlərini minimumllaşdıracaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu