Məktəblidən Prezidentə təşəkkür: “Bütün Azərbaycan xalqı Sizə dərin sevgi bəsləyir”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Nihat Cavadovun Prezidentə məktubunda deyilir:

“Möhtərəm cənab Prezident, dünyada yayılan nadir yoluxucu xəstəliklərdən biri də məhz son günlərdə bütün planeti qorxuya salan koronavirus pandemiyasıdır. Ölkəmizdə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər xalqımızı böyük bir təhlükədən artıq xilas etməkdədir. Bu, bütün Azərbaycan xalqını çox sevindirir. Doğrudur, xalqımız əsrlərboyu ağır günlər keçirib, lakin ulu öndər Heydər Əliyevin və Sizin sayənizdə gözəl günlərə qədəm qoyub. Siz dövlətimiz üzərində parlayan günəşsiniz. Allah Sizi qorusun! Pandemiya dövründə biz məktəblilər evdə qalmağımıza baxmayaraq, təhsildən geri qalmır, bir çox vasitələrdə dərslərimizi yüksək səviyyədə davam etdiririk. Evdə qaldığımız bu müvəqqəti günlərdə Sizin qəbul etdiyiniz qərarlarla biz gələcəyə daha uğurla və inamla addımlayırıq. Bu məktubu yazmaqda məqsədim Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də biz şagirdləri düşünərək, təhsildə gördüyünüz tədbirlərə görə təşəkkürümü bildirməkdir. Böyük inamla söyləyirəm ki, bütün Azərbaycan xalqı Sizə dərin sevgi bəsləyir”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu