Ağbirçək Ali Baş Komandana yazır:“ Külfətimin, el-obamın etibarlı əllərdə olması məni sevindirir”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Cəlilabad şəhərindən Səadətxanım Cabbarova dövlət başçısına məktubunda bildirir:

“Hörmətli cənab Ali Baş Komandan, Sizə 70 yaşlı ağbirçək qadın, 6 övlad anası, 11 nəvə nənəsi kimi müraciət edirəm. Külfətimin, el-obamın bu gününün, sabahının etibarlı əllərdə olması məni həm sevindirir, həm də daha çox yaşayıb-yaratmağa həvəsləndirir. Sizin gördüyünüz işlər, xalqımıza hər zaman qayğıkeş münasibət göstərib dar gündə qucaq açmağınız bir ağbirçək kimi şəxsən mənə ruh verir. Bu çətin pandemiya dövründə uzaqgörənliyiniz sayəsində bizi bəladan az itki ilə xilas etdiyinizə, xüsusilə yaşlı nəslə göstərdiyiniz qayğıya görə Sizə minnətdaram. Mən bu müqəddəs ayda oruc tuturam. Bütün Ramazan boyu Sizə və ailənizə dua edəcəyəm”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu