"O yaşa gəlib çatmamışam ki, kiməsə qiymət verim" - Tahir İmanov


 Bir aydan artıq müddətdir ki, ölkəmizdə koronavius pandemiyası ilə əlaqədar həyat dayanıb. Konsertlərin, toy məclislərinin, tarixləri dəyişərək karantindən sonraya saxlanılıb. Bu səbəbdən də sənət dünyasının tanınmış simaları  işlərindən uzaq vaxtlarını evdə keçirir.

Əlbəttə evdə qalmaqla sevənləri ilə ünsiyyəti kəsmirlər. Buna baxmayaraq tamaşaçılar onları səhnədə görmək üçün darıxır, kritik günlərin tezliklə sona çatmasını arzulayırlar.
Karantinlə əlaqədar fəaliyyətlərinə müvəqqəti fasilə verənlərin arasında "Planet Parni iz Bakı" kollektivi də var. Daimi tamaşaçıları yeni konsert proqramlarının tarixi barədə maraqlanır, səbirsizliklə onları izləyəcəkləri günü gözləyirlər.

Biz də bu amili nəzərə alaraq KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovla əlaqə saxlayıb, həmsöhbət olduq. "Şərq"ə açıqlama verən aktyor yeni konsert proqramlarına hazırlaşıqlarını söylədi:

 -Ümid edirik ki, iyun ayında baş tutacaq. Alınmasa böyük "fəlakət"ə gətirib çıxara bilər. O nöqteyi nəzərdən ki, teatrımız insanlardan ibarətdir. Hər birinin qonorara ehtiyacı var. Şikayət kimi çıxmasın. Əksinə şükürlər olsun Allaha. Şəraitimiz, yeməyimiz, başımızın üstündə damımız var. Bundan böyük nemət nə ola bilər? Amma bir insan kimi bu prosesin olmağını istəməzdim. Ümid edirəm ki, iyunda planlaşdırdığımız kimi konsertimiz baş tutacaq. Hələlik  əsas layihəmiz budur. 

"Parodiyalarınızın içərisində hər zamankı kimi, deputatlar, məmurlar olacaqmı" sualına T.İmanov belə cavab verib:

- O qədər insanlar var. Müxtəlif hadisələr baş verib. İlin əvvəlinə nəzər salsaq  deputat seçkiləri namizədlərin platformaları və s. Tanınmış siyasətçilər və  bir çox insanlar var ki, daima gündəmdədirlər. Onlara həmişə diqqət yetiririk. İstər istəməz konsertlərimizin baş qəhrəmanlarına çevirilirlər. İnşallah konsertlərimiz baş tutsa, onlar da olacaq.

Son olaraq əməkdar artist bütün gənc aktyorları dəstəklədiyini söyləyərək fəaliyyətlərini dəyərləndirdi:

- Hər uğurlarına, dərdlərinə şərikəm. O yaşa gəlib çatmamışam ki, kiməsə qiymət verim. Bu haqqda böyük aktyorlarımız, sənətkarlarımız danışsın. Elə kateqoriya azərbaycanlılardanam ki, millətimin hər bir nümayəndəsinin qələbəsinə sevinirəm. Heç vaxt səhvlərinə gülmürəm, səhv axtarmıram. Yenə  qeyd edirəm, hər bir kiçik və ya böyük qələbə mənimdir. Hamısı millətimin nümayəndələridir. Başqa cür  ola da bilməz.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu