Psixoloq kənddən Prezidentə yazır: “Daim yanınızdayıq və səsinizə səs veririk”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Lənkəran rayonu, Boladi kəndi, N.Axundov adına 1 nömrəli tam orta məktəbinin psixoloqu Kəmalə Səfərova ölkə başçısına məktubunda vurğulayır:

“Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr bir vətəndaş, eyni zamanda, təhsil işçisi kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə isə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu xüsusilə bugünkü çətin dövrdə atdığınız qətiyyətli addımlarla bir daha sübut etdiniz. Şərhə ehtiyac yoxdur. Faktlar danışır. Ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin siyasi davamçısı kimi onun qurduğu strateji xətti uğurla davam etməyiniz bizi qürurlandırır. Biz də Boladi kənd 1 nömrəli tam orta məktəb olaraq daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük. Bizim Prezidentimiz olduğunuz üçün Sizə təşəkkür edirəm. Biz bütün çətinlikləri məhz Sizin rəhbərliyinizlə aradan qaldıracağıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu