Professordan dövlət başçısına: “Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir və etibar edir” 


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor Arif Şəkərəliyev Prezidentə məktubunda deyir:

 “Möhtərəm Prezident, koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəlikdən həyatını itirdiyi bir vaxtda Sizin Azərbaycan xalqının sağlamlığının qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər ölkənin təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanır. COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəyə görə Sizə minnətdarıq. Prezidentimizin yolu Heydər Əliyev yolu, Azərbaycan yolu, xalqın gələcəyinin, güzəranının və əhval-ruhiyyəsinin daha da yaxşılaşdırılması yoludur. Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir və etibar edir. Siz güclü Azərbaycan dövlətinin ideyasını həyata keçirirsiniz. Sizin həyata keçirmiş olduğunuz iqtisadi strategiya islahatların aparılması, innovasiya, yeni texnologiyaların istehsala tətbiqi və qeyri-neft sektorunun inkişafına söykənir. Mənim çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti öz Prezidentinə həmişə sadiqdir. Cənab Prezident, Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar olunması istiqamətində apardığınız məqsədyönlü fəaliyyətinizdə Sizə böyük uğurlar və cansağlığı arzu edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu