Qazaxdan Liderə məktub var: “Xalqın firavan gələcəyinə hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyirik”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Qazax rayonunun Canalı kəndinin sakini Orxan Səfərov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: 

“Hörmətli cənab Prezident, Sizin geniş dünyagörüşünüzə, böyük siyasi təcrübənizə və dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirusla mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir zamanda Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində pandemiyadan minimum ziyanla çıxacağımıza ümid bəsləyirik. Pandemiya ilə əlaqədar ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax rayonunda da çox yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Sərhəd bölgəsində yaşayan kənd sakinlərinin, şəhid ailələrinin, qaçqınların və məcburi köçkünlərin, xüsusi qayğıya ehtiyac duyan ahıl insanların və sosial təminat baxımından digər həssas təbəqələrin ehtiyacları yüksək səviyyədə qarşılanmaqdadır. Biz rayonumuzun ictimai fəalları olaraq ölkədə gedən siyasi prosesləri daim izləyir və 2020-ci ili “Könüllülər ili” elan etməyinizdən istifadə edərək, həm müsbət siyasi addımları, həm də rastlaşdığımız çatışmazlıqları Sizin çağırışınıza uyğun olaraq lazımi qurumlara çatdırmağı özümüzə borc bilirik. Biz qazaxlılar Sizin “Biz birlikdə güclüyük!” çağırışınızı bir şüara çevirmişik, Azərbaycan xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyirik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu