Xarkovdan Azərbaycan Prezidentinə məktub: “Tarixi vətənimizdə baş verən hər bir dəyişikliyi hiss edirik”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.


Professor, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, texnika elmləri doktoru Murad Ömərov Azərbaycan Prezidentinə yazır: 

Möhtərəm Prezident, Beynəlxalq arenada apardığınız müdrik siyasətinizə, koronavirus pandemiyasının yayılmasına qarşı Azərbaycan dövlətinin gördüyü çox səmərəli və təxirəsalınmaz tədbirlərə görə Ukraynanın Xarkov vilayətindəki Azərbaycan diasporu, Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyəti adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.

Biz - ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Azərbaycanda baş verən hadisələri çox böyük diqqətlə izləyir, tarixi vətənimizdə baş verən hər bir dəyişikliyi hiss edirik. Sizin müdrik siyasətiniz və COVID-19 virusunun Azərbaycanda yayılmasının qarşısını almağa yönəldilmiş operativ tədbirlər, karantin rejimin vaxtında tətbiqi, kiçik və orta biznesi, tibb müəssisələrini dəstəkləmək, işsizlərə maliyyə yardımı üçün göstərilən kömək dünyanın bir çox ölkələri üçün nümunədir. Xüsusilə biznes strukturların çəkdikləri zərərin kompensasiya edilməsinə yönəlmiş dövlət dəstəyini və həyata keçirilmiş tədbirləri qeyd etmək istərdim. Sizin koronavirusla mübarizədə qazandığınız nailiyyətlərə beynəlxalq təşkilatlar və ölkədən kənarda yaşayan azərbaycanlılar tərəfindən yüksək qiymət verilir. Vətənimizdə həyata keçirilən bu tədbirlər müsbət nəticələr verib.

Möhtərəm Prezident, biz - Ukraynada yaşayan azərbaycanlılar Sizin apardığınız xarici siyasətlə fəxr edirik. Ukrayna dövlətinə və xalqına olan dostluq münasibətiniz hər zaman təqdir olunur. Biz əminik ki, Sizin apardığınız müdrik siyasət Azərbaycan ilə Ukrayna arasındakı əlaqələrin gələcəkdə daha da inkişafın təmin edəcək və Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri üçün nümunədir. Fürsətdən istifadə edərək, Sizə bir daha dərin minnətdarlığımı çatdırıram”.


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu