Ölkə başçısına təşəkkür: “Bizi heç zaman çətinlik çəkməyə qoymazsınız”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Ağstafa rayonu, Tatlı kəndindən Röyal Cəfərov dövlət rəhbərinə yazır: 

“Hörmətli cənab Prezident, ölkəmizdə koronovirusun qarşısının alınması ilə bağlı qəbul etdiyiniz qərarları dəstəklədiyimi bildirir, şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkür edirəm. Bu ağır günlərdə hər birimiz Sizi yanımızda hiss etdik. Sizin hər çıxışınız bizdə ruh yüksəkliyi yaradır. Sizin insanların sağlamlığı və ya iqtisadiyyatı seçməklə bağlı iki variantda bizi qorumağı seçməyiniz milyonlarla insanı mütəəssir etdi. Sizinlə qürur duyduq. Hiss etdik ki, arxamızda dağ kimi dayanmısınız. Bizi heç zaman çətinlik çəkməyə qoymazsınız.
Cənab Prezident, bu məsuliyyətli işinizdə Sizə uğurlar arzulayır, həmişə yanınızda olduğumuzu bildiririk”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu