Dövlət rəhbərinə məktub: “Bu tədbirlər məni bir daha əmin etdi ki, Siz millətinizi çox sevirsiniz”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Naxçıvan Muxtar Respublikası, Naxçıvanşəhərindən olan Elton Bağırov Prezidentə məktubunda diqqətə çatdırır: 

“Cənab Prezident, Mən bir azərbaycanlı olaraq Sizinlə həmişə fəxr etmişəm.Sizin Azərbaycan xalqı üçün gördüyünüz bütün işləri hər zaman dəstəkləmişəm.Məlum pandemiya dövründə xalqımızın sağlamlığının qorunması və rifah halının yaxşılaşdırılması üçün həyata keçirdiyiniz tədbirlər məni bir daha əmin etdi ki, Siz millətinizi çox sevirsiniz.
Azərbaycan xalqı tarixboyu bütün sınaqlardan birlikdə üzüağ çıxıb.İnşallah, Siz söylədiyiniz kimi, “Biz birlikdə güclüyük!” deyərək bu bəlanın da öhdəsindən gələcəyik. Sağ olun!.”

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu