“Hərbi And” qəzeti nəşrini bərpa etdi


Bəşəriyyətin bəlasına çevrilən koronavirus epidemiyasına qarşının alınması məqsədi ilə ölkədə karantin rejiminə keçidlə bağlı bir çox sahələrdə olduğu kimi mətbu nəşrlərin də çapında məhdudiyyətlər yaranmışdı.

Bu səbəbdən , aprelin əvvəlindən nəşrini dayandıran “Hərbi And” qəzeti Nazirlər Kabinetinin məhdudiyyətlərin bir qisminin yumşaldılması qərarından sonra bu gün yenidən çap olunaraq, yayım firmaları tərəfindən abunəçilərinə çatdırılıb.

Çapına məlum səbəblərdən fasilə yaranan qəzet online rejimdə (herbiand.az) KİVDF tərəfindən maliyyələşdiriıən layihəni layifəaliyyət istiqamətinə uyğun yazılarla, ölkə gündəminə uyğun xəbərləri oxucularına təqdim edib.

Baş redaktor Emin Həsənli gələn həftədən nəşrin əvvəlki qarafiklə davam etdiriləcəyini bildirib:

“Ümummilli lider Heydər Əliyevin ideyalarını təbliğini özünə başlıca məqsəd kimi seçən hərbi-vətənpərlik qəzeti olan “Hərbi And” qəzeti ilk saylarından vətənə məhəbbət, düşmənə nifrət ruhunda silsilə materiallar təqdim edir. 15 noyabr 2002-ci ildən fasiləsiz olaraq nəşr olunur və belə də davam edəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu