Bakı sakini Prezidentə yazır: “Sizi və Mehriban xanımı öz himayəçimiz kimi görür, sevir, dəstəkləyirik”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Bakı sakini Rəfiqə Kərimli ölkə başçısına məktubunda bildirir:

“Möhtərəm cənab Prezident, mən bu məktubu Sizə qürurdan doğan göz yaşları ilə yazıram. Ölkəmizin belə bir çətin günündə, sadəcə, öz peşə borcumuzu yerinə yetirərək xalqımıza, dövlətimizə lazımlı olduğumuzu düşünərək qürur hissi keçirirəm. Artıq 25 gündür karantin rejimində işlədiyimizə görə evimizə, ailəmizin yanına gedə bilmirik. Dünən oğlumun ad gününü birlikdə keçirə bilmədik. Ancaq Heydər Əliyev Fondu bizi tək qoymadı, oğlumu ən gözəl hədiyyələrlə təbrik etdi. Bu, mənim və ailəm üçün ən unudulmaz ad günü oldu. Mən oğlumu təbrik edə bilməsəm də, Sizlərin sayənizdə, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin sayəsində sosial şəbəkələrdən oğlumun ad gününü minlərlə insan təbrik etdi. Bu, məni o qədər təsirləndirdi ki, Sizə məktub yazaraq minnətdarlıq etməyi özümə borc bildim. Həmçinin Mehriban xanıma demək istəyirəm ki, Siz gözəl ana, şəfqətli insan, örnək xanım, əsl ziyalı, çarəsizlərin ümid yerisiniz. Xalq və biz ziyalılar, cənab Prezident, Sizi və Mehriban xanım Əliyevanı həmişə öz himayəçimiz kimi görür, sevir, dəstəkləyir. Daim arxanızdayıq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu