Salyandan dövlət başçısına yazırlar: “Hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxmısınız” 


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Salyan rayonunun Kərimbəyli kəndindən Aqil Fətiyev, Orxan Hüseynov, Humay Vəliyeva, Səbinə Əkbərova və Fərəhman Mahmudov dövlətimizin başçısına ünvanladıqları məktubda qeyd edirlər:

 “Çox hörmətli cənab Prezident, bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınız ətrafında xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu. Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxmısınız. Biz Azərbaycan xalqı olaraq inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Yaşlı nəslin nümayəndələri olaraq dövlətimiz tərəfindən bizə göstərilən qayğıya görə Sizə minnətdarıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu