Azərbaycanın Əməkdar artisti İstanbuldan onlayn konsert verib


Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin İstanbul şəhərindən onlayn konsert verib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük” kampaniyasına dəstək məqsədilə keçirilib.

Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi Fondun rəsmi “facebook” hesabından yayımlanıb.

Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu