"Karantin rejiminin yumşaldılmasını  əsla arxayınlıq kimi qəbul etməməliyik" - Millət vəkili

Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.
Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək. İctimaiyyət üzvləri də  mövcud situasiyada karantin rejiminin uzadılmasını yeganə düzgün qərar kimi dəyərləndiriblər. 

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik:

"Bu günə qədər əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub. Hər kəs çox yaxşı xatırlayır ki,  pandemiya başladıqdan etibarən Azərbaycan çox ciddi önləyici tədbirlər aldı və bunun nəticəsində hazırda vəziyyət tam nəzarət altındadır. Təkcə pandemiyanın təsirlərinin qarşısını almaq üçün deyil, eyni zamanda, postpandemiya mərhələsində həm sosial-iqtisadi problemlərin həlli, həm də iqtisadiyyatın yenidən dirçəldilməsi ilə bağlı kompleks tədbirlər görülür". 
Millət vəkilinin tövsiyyəsibə görə,  cəmiyyətin ortaq maraqları üçün sosial izolyasiya tədbirlərinə əməl edilməlidir:

"Virusun yayılması ilə bağlı ikinci dalğa təhlükəsinin real olduğu bir  vaxtda arxayınlıq göstərməyə heç birimizin haqqı yoxdur. Söhbət tək özümüsün yox, bütövlükdə cəmiyyətin maraqlarından gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, ciddi şəkildə sosial izolyasiya tədbirlərinin hamısını həyata keçirməyə nail olmalıyıq.  Əsla karantin rejimi qaydalarının yumşaldılması prosesini arxayınlıq kimi qəbul etməməliyik".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu